İran hökuməti İraq Kürdüstanına yanacaq embarqosu elan edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İran hökuməti İraq Kürdüstanına yanacaq embarqosu elan edib.

Tehran İraq Kürdüstanının şəhərlərinə və yaşayış məntəqələrinə yanacaq-sürtkü materialları gətirilməsini və oradan aparılmasını qadağan edib.

Xəbəri şənbə günü «İrna» agentliyi yayıb.

«Beynəlxaq nəqliyyat şirkətləri və sürücülər xüsusi göstəriş olmadan, kürd bölgəsinə yanacaq-sürtgü materialları daşımaqdan və oradan bu materialları çıxarmaqdan çəkinməlidirlər» - deyə, İranın nəqliyyat nazirliyinin göstərişində qeyd olunur.

Sənəd sentyabrın 27-i tarixinə dərc edilib və nazirlik onun nüsxələrini müxtəlif şirkətlərə və təşkilatlara göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar