Türkiyədə 11 terrorçu zərərsizləşdirilib

pkkTürkiyədə 11 terrorçu hərbçilər tərəfindən zərərsizləşdirilib."Report"un məlumatına görə, bu barədə "Habertürk" Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Şırnak vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Həmçinin Diyarbəkirdə də terror əleyhinə keçirilən əməliyyat zamanı daha 5 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, İraqın şimalına qaçan 5 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar