“CƏHƏNNƏM OLSUN...” - Milli Məclisdə “Kürdüstan” müzakirəsi

Milli Məclisin iclasında son vaxtlar separatçıların keçirdiyi referendumlarla bağlı çıxışlar olub. Musavat.com-un məlumatın görə, iclasda  həmçinin bir azərbaycanlı məmurun “Kürdüstan”ı dəstəkləməsinə reaksiya verilib.

Deputat Vahid Əhmədov məsələyə münasibət bildirərək deyib: “Necə ola bilər ki, sən cibində Azərbaycan pasportu daşıyırsan, amma buradan Kürdüstanı müdafiə edirsən? Özü də bu məmurdur.  Mən cənab baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə çox ciddi yanaşsın!Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Əgər bu məsələyə ciddi diqqət yetirilməsə, gələcəkdə Azərbaycana çox ciddi problem yarana bilər”.

Deputat Fazil Mustafa Laçın rayon İcra Hakimiyyətində işləyən bir məmurun Azərbaycana həqarət etdiyini bildirib: “Kiminsə hansısa xalqa simpatiyası normal qəbul olunur. Amma müstəqil Kürdüstana görə Azərbaycan pasportunu yandırmaq istəyən adam Azərbaycan üçün böyük təhlükədir. Azərbaycan pasportu dəyərlidir, onu yandırmaq istəyən cəhənnəm olsun yaşadığı ölkəyə! Aqanbekyanın çıxışını xatırlayın! Biz Kərkük türklərini dəstəkləyirik, amma ondan öncə Türkiyə ilə siyasətimizi uzlaşdırmalıyıq”.

Deputat Fərəc Quliyev də dedi ki, kürd referendumunun Azərbaycana birbaşa aidiyatı var: “Kürd muxtariyyatının televiziyalarında Azərbaycan ərazilərinə də iddialar əksini tapır. Biz buna susa bilmərik. Biz həm kürd referendumu, həm də Kataloniya ilə bağlı ayrıca müzakirələr aparlamlıyıq. Biz Dağlıq Qarabağla bağlı dəstək almaq istəyiriksə, həm İspaniya, həm də Türkiyəni müdafiə etməliyik”.

F.Quliyev Dağlıq Qarabağ və büdcə talamaları ilə bağlı da xüsusi iclas keçirilməsini təklif etdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar