“PREZİDENT SEÇKİLƏRİNƏ QATILACAĞAM” - Rəsul Quliyev 2018 seçkilərində iştirak qərarını açıqlayıb

Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb. "AzPolitika.info"nun məlumatına görə, eks-spiker bu barədə Azərbaycan saytlarına müsahibəsində bildirib.

Azərbaycana qayıtmaq planları ilə bağlı suala cavabında R.Quliyev bildirib: "Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq".

Prezident seçkilərində iştirakla bağlı suala eks-spiker birmənalı təsdiq cavabını verib: "Qatılacağam".

Xatırladaq ki, Rəsul Quliyev 2003 və 2005-ci illərdə də Azərbaycana qayıtmağa və hakimiyyəti ələ keçirməyə cəhd edib. Lakin onun bir sıra Qərb kəşfiyyatları tərəfindən də dəstəklənən bu cəhdlərinin qarşısı Azərbaycan hakimiyyəti tərəfindən alınıb.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar