"Bu, 4 Kürdüstandan biridir, davamı olacaq" - Dövlət Baxçalı

"Türkiyə çox ağır dönəmdən keçir. Ətrafımızdakı çəmbər daralır. Çox diqqətli olmalıyıq".

Axar.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

“Çevrəmizdə olan təhdidlərin iç üzünü görməliyik. Bu gün yaşadıqlarımızın başlanğıcı Anadolunun fəthindən başlanır. Bitməyən qəzəbin hesabını bizdən almaq istəyrlər. Türkiyəyə sərhədləri yaxınlığında vandal tələ qurulur. Ərəb baharı ilə yaranan alov artıq qapımıza çatıb. Etnik və məzhəb qütbləşməsi ətrafımızdakı xaosun fitilini alovlandırıb. Peşmərgə müstəqilliklə bağlı israrını davam etdirsə, bəlasını mütləq tapacaq. Bilinməlidir ki, 25 sentyabr referendumu 4 parçalı böyük Kürdüstanın ön hazırlığıdır”, – deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar