3 azərbaycanlı minaya düşüb

Oktyabrın 6-da səhər saatlarında Qazax rayonunda 3 azərbaycanlı minaya düşüb.

“ANS PRESS”-in məlumatına görə, hadisə Məzəm kəndi yaxınlığında təmas xəttində baş verib. Qazax sakini olan 3 kişi Məzəm gölünün üzərindən keçərək minaya düşüblər.

Hadisə nəticəsində bir nəfərin neytral zonada qaldığı bildirilir. Digər iki nəfər isə yüngül qəlpə yaraları alıblar.

Hadisənin təfərrüatları və Qazax sakinlərinin adıçəkilən əraziyə nə üçün getdikləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar