RUS İNQİLABI VƏ PUTİN – “İndi Rusiyada inqilabi meyl var”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya vətəndaşlarına verilən vizaları avqust ayından etbarən ciddi çəkildə məhdudlaşdıran ABŞ-ı kəskin tənqid edərək deyib: “ABŞ çalışır ki, Rusiya vətəndaşlarını Rusiya hakimiyyətindən narazı salsın. Bu rəngli inqilabların yaxşı məlum olan məntiqidir”.

2000-ci illərin ortalarında keçmiş sovet respublikalarında kütləvi xalq hərakatlarının köməyi ilə hakimiyyət dəyişikliyinin həyata keçirilməsinə rəngli inqilablar adı verilib. Məlum olduğu kimi, bu ad altında ədalətsiz seçkilərə etiraz edən insanlar hakimiyyətin devrilməsi üçün rənglərdən rəmz kimi istifadə ediblər. Buna bariz nümunə kimi Gürcüstandakı qızıl gül (2003) və ya Ukraynadakı (2004) narincı inqilabı göstərmək olar. Lakin Putin administrasiyasında “rəngli inqilablar” ifadəsi kabus kimi dəhşətli qorxu yaradır.

Keçən ilki ABŞ prezident seçkilərinə müdaxilə şübhəsi ilə əlaqədar olaraq, Rusiya vətəndaşlarına verilən vizalar məhdudlaşdırılıb. Rusiya isə öz növbəsində ABŞ-dan Rusiyadakı diplomatlarının sayını 700 nəfərə qədər azaltmağı tələb edib.

Putin administarsiyasının mövqeyinə görə, dövlət çevrilişlərinin arxasındakı “ipi çəkən” məhz ABŞ-dır. İnqilabın yayılması ağır xəstəlik kimi Kremldə qorxu hissi yaradır. Putin administrasiyasında Yaxın Şərqdəki “Ərəb baharını” və rusiyapərəst Ukrayna hakimiyyətinin 2014-cü ildə devrilməsini də rəngli inqilab hesab edirlər.

2015-ci ildə Rusiya müdafiə naziri Sergey Şoyqu belə bir fikir irəli sürdü ki, Rusiya ordusu bütün dünyada yayılan rəngli inqilabların qarşısının necə alınmasının öyrənilməsi ilə məşğul olacaq. Şoyqu, həm də eyham vurub ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasına gətirib çıxarmış hadisələr də rəngli inqilabların növlərindən biridir.

19 avqust 1991-ci ildə Rusiya televiziyası “Sonalar gölü” baletini göstərirdi, moskvalılar isə ev telefonları vasitəsilə bir-biriylə məlumat bölüşürdülər: ”Nə baş verir?”, ”Əgər bir şey öyrənə bilsən, mənə də zəng edərsən”. Bir neçə saatdan sonra belə bir məlumat yayıldı: “Adamlar Ağ Evi qorumaq üçün orada toplaşırlar”.

Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov tərəfindən başladılan yenidənqurma, demokratikləşmə və söz azadlığı dalğasını qaldırdı. Bu fonda kommunist mühafizəkarlar Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) adı altında Qorbaçovu təcrid edərək, qiyam təşkil etməyə cəhd göstərdilər.

O zaman Moskva merinin köməkçısi işləmiş Mixail Şneyder həmin günləri xatırlayaraq deyir: “O dövrdə indiki kimi rabitə vasitələri yox idi, amma insanlar məlumatı bir-birlərinə ötürmək üsulu ilə alırdılar. Hamı nə etməli olduğunu anlayırdı”.

Boris Yeltsinin rəhbərlik etdiyi demokratlar qiyamın qarşısını almaq üçün var gücləri ilə səy göstərirdilər. Onların qalası halına gəlmiş Ağ Evdə 40 mindən artıq insan toplaşmışdı. İnsanlar binanı gecə və gündüz qoruyurdular. Bəziləri isə, tankları saxlamağa cəhd etdiyi vaxt həlak oldu.

Ümumi yekunda DFVK hakimiyyətdə cəmi bir neçə gün qala bildi. Qorbaçov və mühafizəkarlar özlərinə olan inamı tamamilə itirdilər. Tarixin təkəri sürətlə dönməyə başladı və ilin axırında SSRİ öz mövcudluğuna son qoydu.

Hüquq müdafiəçisi və Dövlət Dumasının keçmiş deputatı Lev Ponamaryovun sözlərinə görə, avqust qiyamı 1980-ci illərin ikinci yarısından başlamış demokratik inqilabın kulminasiyası oldu. O vaxtdan indiyədək 26 il keçib və həmin dövrün şövqü harasa yoxa çıxıb.

SSRİ-nin dağılmasından sonra yoxsulluq və xaosla qarşılaşan rusiyalıların əksəriyyəti sabitlik və qayda-qanun istəyirdilər. İndi onlar Dövlət Təhlükəsizlik Komitəsindən çıxmış və 2000-ci ildə prezident olmuş Vladimir Putini dəstəkləyirlər. İqtisadi böhrana və demokratiyaya zidd gələn avtoritar idarəetməyə baxmayaraq, moskvalılar praktik olaraq, nümayişlərdə iştirak etmirlər.

Ancaq indiki vəziyyəti reaksiyon dövr adlandıran Ponamaryov qeyd edir: ”Putin administrasiyası heç bir gələcək təklif edə bilməz. İndi Rusiyada inqilabi meyl var. Əhalinin qabaqcıl təbəqəsi bunu anlayır”.

Tamamilə başqa bir şəraitdə böyümüş gənclər bu il hərəkətə başlayıblar.

(“Senkey Simbun” - Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar