Ərdoğan İraq Kürdüstanı ilə sərhədləri bağlayacağı ilə hədələdi

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, sentyabrın 25-də bölgədə müstəqllik referendumunun keçirilməsinə cavab olaraq, Türkiyə tezliklə İraq Kürdüstanı ilə öz sərhədlərini bağlayacaq.

«Bütün yollar bağlanacaq. Şimali İraqla aviaəlaqə artıq dayandırılıb. Kimsə, hansı yolla bölgəyə gələcək və ya oradan gedəcək?» - Ərdoğan NTV telekanalının efirindən deyib.

Onun sözlərinə görə, referendumun keçirilməsi barədə qərar kürd muxtariyyəti rəhbərliyinin «nankorluğu»nu göstərdi. "Muxtariyyət bundan əvvəl Türkiyə ilə sıx ticari və siyasi ədaqələr qurmuşdu. Biz tələb edirik ki, onlar öz səhvlərindən dərs alsınlar və bu səhvləri mümkün qədər tezliklə düzəltsinlər" - Ərdoğan deyib.

Onun sözlərinə görə, sərhədlərin dəyişdirilməsi planları, keçmişdə olduğu kimi, «parçala və hökm sür» prinsipinə əsaslanır. Prezident qeyd edib ki, keçmişdə mustəmləkəçi qüvvələr bu taktikadan dünyanın digər bölgələrində uğurla istifadə ediblər, indi isə yenidən Yaxın Şərqdə isitifadə edirlər.

«Suriya və İraqın parçalanmasında məqsəd bölgədə etnik və dini zəmində münanişə ocaqlarının yaradılmasınan ibarətdir ki, bundan da Türkiyyəyə qarşı cənab istiqamətindən təzyiq kimi istifadə edilsin. Bütün bunlar böyük bir oyunun tərkib hissəsidir. Şəbhə etmirəm ki, xalqın dəstəyi ilə bu təlhükəni dəf edəcəyik» - deyə, Ərdoğan əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar