"Toyota" avtomobilləri geri çağırıb

toyota"Toyota Motor" şirkəti Rusiyada 323 ədəd "Hilux" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2011-ci ilin dekabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar