Rusiyada erməni diaspor təşkilatının sədri qətlə yetirildi

Rusiyanın paytaxtı Moskvada erməni iş adamı qətlə yetirilib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, Voronejdə fəaliyyət göstərən erməni diaspor təşkilatının sədri Arsen Papazyandır.

Hadisə bu gün yerli vaxtla saat 15:30-da baş verib.

Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun kimlər tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye vilayətindəki Erməni İttifaqının sədri Artaşes Sarkisyan da atəşə tutulmuşdu. Amma güllələr ona yox, özünü qabağa verən mühafizəçiyə dəymişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar