İŞİD tərəfdarlarının 80 faizini internet vasitəsilə toplayır

İŞİD terror qruplaşması öz tərəfdarlarının 80 faizini internetdən istifadə edərək toplayır.

TASS xəbər verir ki, bu barədə məlumat oktyabrın 5-də “il Messaggero” qəzetində dərc olunub.

Vaxtı ilə terrorla mübarizə şöbəsinə başçılıq edən İtaliyanın daxili işlər naziri Marko Minniti hesab edir ki, internetin terror məqsədi ilə istifadəsi problemi “çox qəliz və ciddi”, onun həll olunması isə çox çətindir. “Bu səbəbdən istifadəçilərin bütün hüquqlarını milli və beynəlxalq səviyyələrdə təmin etməklə, şəbəkələrin nəzarəti və monitorinqini aparmaq üçün iri provayderlərlə əməkdaşlıq vacibdir”, - deyə nazir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar