Mərdəkanda iki bacını minik maşını vurub

Bakının Xəzər rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində iki bacı – 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və 1994-cü il təvəllüdlü Əliyeva Gülnaz Hacıağa qızı yolu keçmək istəyən zaman baş verib.

Qəzanı minik avtomobili törədib. Yaralılar "təcili yardım" maşını vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Onların vəzyyəti orta-ağırdır.

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar