Ermənilər Qarabağda Azərbaycanca danışacaq hərbçilər hazırlayacaqlar

Dağlıq Qarabağın Ağdərə (Mardakert) rayonunun Vank qəsəbəsində bir ilə yaxındır Suvorov və Madatov adına hərbi məktəb tikilir.

“Bu adlar yaxın gələcəkdə Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək insanların adları ilə sıx bağlanacaq. Çünki burada təkcə ermənilər deyil, əraziləri köçəri türk tayfaları tərəfindən işğal edilmiş Qafqazın yerli xalqlarının nümayəndələri də yüksək səviyyədə hərbi bacarıqlar əldə edəcəklər. Bu, ləzgilər, talışlar, avarlar, saxurlar, tatlar və udinlərdir. Elə bu gün onların hüquqlarının müdafiəsinə qalxmasaq, bu xalqlar məhv ediləcək.

Ermənilər ordu quruculuğu ənənələri əldə ediblər, onları Qafqazın məzlum yerli xalqları ilə bölüşməyə hazırdırlar ki, bu da hər şeydən öncə erməni xalqının öz dostlarına böyük etibarına dəlalət edir”, deyə layihənin həyata keçirilməsi üzrə Komitənin press-relizində bildirilir.

Layihənin təşəbbüskarları biznesmen Levon Ayrapetyan və Qarabağ qüvvələrinin keçmiş komandanı Arkadi Ter-Tadevosyandır.

Məktəbin açılışı 2014-cü ilə nəzərdə tutulub. Müəlliflərin iddiasına görə, məktəb beynəlxalq standartlara uyğun olacaq. Müəllimlər arasında erməni və əcnəbi mütəxəssislər olacaq. Məktəb məzunları doğma dildən başqa, rus, ingilis və azərbaycan dillərində danışacaqlar.

“Suvorov və Madatov adına Qarabağ hərbi məktəbi” layihəsinin həyata keçirilməsi üzrə komitə Qafqazın yerli xalqları ətrafında formalaşmış informasiya blokadasının yarılmasına böyük diqqət yetirir, deyə press-relizdə bildirilir.

Layihə təşkilatçıları “yerli xalqların” nümayəndələrini məhz haradan yığacaqlarını bildirmirlər. Amma göründüyü kimi, Ermənistanda kiminsə ağlına azsaylı xalqların nümayəndələrindən Azərbaycanda məskunlaşan satqınlar hazırlamaq üçün baza yaratmaq gəlib. Bu ideya nə qədər vəhşicəsinə və axmaq görünsə də, rəsmi Bakının adekvat addımlar atmasını tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar