İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb

İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də saat 17.00 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi VAZ-21099 markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəsarət alan sürücü və sərnişini - atası Şəfayət Abdulkərimov xəstəxanaya yerləşdirilib. Ş. Abdulkərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar