Cəmil Həsənli Sumqayıtda seçicilərlə görüş keçirir - FOTOLAR -YENİLƏNİB

Görüş Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Görüşü Milli Şura üzvü Vəfa Cümşüdlü aparır. Vəfa Cümşüdlü zala toplaşanları salamlayıb. O bildirib ki, Sumqayıt seçiciləri hər zaman fəallıqları ilə seçiliblər. O vuğrulayıb ki, Mill Şura ilə sumqayıtlıların görüşünə Cəmil Həsənli, Musavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Bozqurd partiyasının sədri İsgəndər Həmidov gəlib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Sumqayıt Əliyevlər hakimiyyəti dövründə işsizlər şəhərinə çevrilib: “Cəmil Həsənli sonuncu mitinqdə bir daha göstərdi ki, İlham Əliyev hakimiyyətdə olduğu bu müddət ərzində xalqla obyekt kimi davranıb. Elə ona görə də, o bu gün nəyinki Azərbaycanın, həm də dünyanın ən varlı adamıdır”.

Əli Kərimli qeyd edib ki, dünənə kimi heç kim olanlar indi oliqarx olublar: “Cəmil müəllimin dediyi kimi, məmur oliqarxların hansını sirkələsək, bu gün müəllimin də maaşını artıra bilərik, həkimin də”.

Çıxış edən Milli Bozqurd partiyasının sədri İsgəndər Həmidov deyib ki, sumqayıtlılar hər zaman haqsızlığa etiraz ediblər: “Mən inanıram ki, siz sumqayıtlılar Cəmil müəllimə səs verəcəksiniz. Yağa, bala aldanmayan millətim səsini Cəmil müəllimə verəcək. Mən buna əminəm. Bu gün milləti, cinsiyyəti bilinməyən insanların arxasınca getmək lazım deyil. Kişiliyi və millətini bilinən Cəmil müəllimin arxasınca getmək lazımdır”.

Çıxış edən Müsavat başqanı İsa Qəmbər bildiri ki, bütün seçkilərdə Sumqayıt camaatı demokratik düşərgənin namizədlərinə səs verib: “Azərbaycan hamımızındır. Azərbaycan oğruların deyil, Əliyevlərin deyil. 2003-cü ildə siz bunu onlara əyani şəkildə sübut etdiniz Sumqayıt Azərbaycanın modelidir. Burada Azərbaycanımızın bütün bölgələrindən olan insanlar yaşayırlar. Bu dəfə də hər şey həddindən artıq aydındır. Onlarla oğru ilə təkcə Cəmil Həsənli mübarizə aparır”.

Müsavat başqanı bildirdi ki, Cəmil Həsənli ziyalı ləyaqətini, müəllim adını bir daha göstərib: “Azərbaycanda müəllimlərin bu qədər aşağılandığı, müəllimlərin qul kimi işlədildiyi və saxtakarlığa göz yumdurulan müəllimlər öz ləyaqətini yenindən qazanacaqlar. Mən əminəm ki, Sumqayıt seçicilər hər zaman olduğu kimi öz mövqelərni nümayiş etdirəcək. Sumqayıt seçkinin nümunə mərkəzi olmaldır”.

Çıxış edəm Milli Şuranın vahid namizədi Cəmil Həsənli deyib ki, Sumqayıt gənc olsa da tarixi ənənələr yaradıb:” Sumqayıt sırf sənaye potensialı üzərində qurulduğundan Sovet İttifaqı dağılan kimi şəhər tamamilə yoxsullaşdı. İndiki hakimiyyət də bu yoxsulluğu aradan qaldırmağa qadir olmadı. 9 oktaybrda növbəti beş il üçün ölkənin prezidenti seçiləcək. Ölkənin birinci postu üçün keçirilməsi planlaşdırılan yerlərə görün haranı ayırıblar. Bu onların prezident postuna olan münasibətidir. Bu xalqa özlərinin kökəri kimi baxırlar. Əgər sən səs uğrunda mübarizə aparmırsansa, deməli sən padşahlıq eşqindəsən. Bizim millətimiz buna imkan verməyəcəyik. Biz Məhəmməd Əmin Rəsulzadənin nəvələriyik”.

Cəmil Həsənli bildirib ki, millətin yüksəlişi onun birliyindədir: “Belə olmasa bu oğrular bizə özlərini indi olduğu kimi doğru olaarq təqdim etməyə çalışacaqlar. Biz Qarabağ müharibəsində böyük şəhid ordusu vermişik. Onların ailəsi bu gün səfalət içərisində yaşayır. İlham Əliyev hansı rayona gedirsə ancaq atasının heykəlini, muzeylərini və mərkəzlərini ziyarət edir. Bəs nəyə görə bir dəfə şəhid məzarlığına getməyib? Atasının heykəlini xarici ölkədə qoymaq üçün milyonlar xərcləyib”.(musavat.com)

...

Bu dəqiqələrdə "Azadlıq"-ın əməkdaşının verdiyi məlumata görə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sumqayıtda Nizamı Kinoteatrında seçicilərlə görüş mitinqi başlamaqdadır. Zal tamamilə dolub.

Sumqayıt sakinləri görüşə gəlməkdədirlər. "Azadlıq"-ın əməkdaşının verdiyi məlumata görə kinoteatrın önünə əlavə polis qüvvələri və idmançılar toplaşıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar