"AMAY Abdulla"nın 12 il cəza alan "arvadı"nın işində ilginc yenilik

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın məhkəməyə müraciət edib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Aygün Akimova apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə qərarı elan edib. Qərara əsasən, apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Bildirək ki, A.Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib. O isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adı çəkilən qadının onun şirkətində xadiməçi işlədiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar