“OĞLUM SUMKALARLA PUL DAŞIYIRDI…” – Arif Əsgərovun baldızından şok açıqlamalar (AUDİO)

Dərc olunub: 07/10/2017 - 12:45

Arif-Esgerov_2“Arif Əsgərovla oğlu Elnar Əsgərov birləşib mənim oğlanlarımı tutdurublar”. Bu sözləri İstiqlal.az-a dələduzluqda təqsirləndirilən Rahib və Emil Hüseynovların anası, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı Lətifə Hüseynova deyib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Emil Hüseynovun məhkəmə prosesi keçirilib. Prosesdə Elnar Əsgərov da ifadə verib. O Emil Hüseynovun vətəndaşları aldatdığını iddia edib. Özünün bu məsələdə adının hallandırılmasını doğru olmadığını bildirib. Həmçinin qeyd edib ki, xalasından 700 min dollar alaraq zərərçəkənlərin borcunu verib.

elnarEmil Hüseynov və zərərçəkənlər isə Elnar Əsgərovun yalan danışdığını iddia edib.

Lətifə Hüseynova da bizə açıqlamasında bacısı oğlunun yalan ifadə verdiyini deyib. Onun sözlərinə görə, bu dələduzluq əməliyyatının başında məhz Elnar Əsgərov dayanıb. Emil və Rahib isə sadəcə qurbanlardır. “O, mənim oğlanlarımdan öz məqsədləri üçün istifadə edib. Mənim övladlarım heç kimi aldatmayıb. Kimdən pul alıblarsa Elnarın tapşırığı ilə alıblar və pulları elə onun özünə veriblər. Bunu zərərçəkənlər də təsdiqləyir. Zərərçəkənlər deyir ki, biz Emili tanımırıq. Pulu ona Elnarın xahişi əsasında vermişik. Amma Elnar Əsgərov bütün bunları danır”.

 Rahib Hüseynov

Rahib Hüseynov

Lətifə Hüseynova əlavə edib ki, bu məsələyə görə prezidentə müraciət etmək fikrindədir. “Əgər bu iş obyektiv araşdırılmasa, özümü yandıracam”.

Lətifə Hüseynova həmçinin xahiş edib ki, onun səs yazısını ictimailəşdirək. Oxucular səs yazısını dinləməklə Lətifə Hüseynovanın fikirləri ilə ətraflı tanış ola bilərlər.


loading...


Fikrinizi bildirin