"İstefaya göndərilməyimin səbəbi..." - Ançelotti

ancelottiKarlo Ançelotti "Bavariya"dan ayrılmasının səbəbləri haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Münhen klubunun oyunçuları ilə dialoqu olmadığı üçün istefaya göndərildiyini bildirib: "Real"dan ayrıldım, çünki oyunçularla çox yaxın idim. "Bavariya"dan ayrılma səbəbim isə oyunçularla dialoqumun olmaması idi. Uğur qazanmaq üçün bura gəlmişdim. Ancaq klub rəhbərliyi mənə istirahət etməli olduğumu bildirdi".

O, "Bavariya" və "Real"dan göndərilmə səbəblərinin bir-birinə ziddi olduğunu vurğulyıb: "Real"dan ayrıldığım vaxt rəhbərlik mənə oyunçularla çox yaxın olduğumu söylədi, "Bavariya"da isə oyunçularla soyuq münasibət səbəbindən istefaya göndərildim".

Gələcəkdə hansı klubu çalışdırmaq istədiyi ilə bağlı sualı italiyalı mütəxəssis belə cavablandırıb: "Hazırda ancaq çalışıb, məşq etmək istəyirəm. Nə zaman məşq etməkdən bezsəm, o zaman millidə işləməyi düşünə bilərəm".

Qeyd edək ki, Ançelotti ötən ay istefaya göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar