“ŞİRVANŞAHLAR TARİXİMİZİN UTANC YERİDİR...” - “Böyük Ermənistan”ın “qəhrəmanı”

Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərən kitabın həmmüəllifi Kamran Əsədovun Azərbaycan tarixini aşağılayan daha bir açıqlaması ortaya çıxıb. 

"AzPolitika"nın məlumatına görə, "tarixçi" K. Əsədov bir müddət əvvəl mətbuata müsahibəsində Şirvanşahlar dövlətinin Azərbaycan tarixinin utanc yeri olduğunu bildirib:

"Mən Şirvanşahlar dövlətini və onun mövcudluğunu, fəaliyyətini qəbul etmirəm. Həmişə mübarizədən qaçıb. Təslimçi və rüsvayçı şərtlər altında tabe olub. Böyük güclərin vassalı olub. Amma qürurla yad etdiyim, fəxr etdiyim dövr Səfəvilərdir. Sona qədər mübarizə aparan, məğlub olsa da, təslim olmayan bütöv Azərbaycan yaradan bir dövlət.

Şirvanşahlar dövləti Azərbaycan tarixinin utanc, Səfəvilər isə qürur yeridir."

Qeyd edək ki, Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.

Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Həmçinin oxuyun:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar