PUTİN YAXIN ŞƏRQDƏ ABŞ-ın MÜTTƏFİQLƏRİNİ ƏLƏ KEÇİRİR - Türkiyə, İsrail, Misirin ardınca Səudiyyə Ərəbistanı da Moskvaya yaxınlaşır

“Tarixdə ilk dəfədir ki, Səudiyyə monarxıı Rusiyaya səfər edib. Ona görə də bu səfər tarixi əhəmiyyət daşıyır. Yaxın Şərqdə ABŞ-ın İsraillə birlikdə ən yaxın müttəfiqi sayılan Səudiyyə Ərəbistanı kralının bu dördgünlük səfəri Rusiyanın həmin regiona qayıtmasının rəmzi mənası kimi də dəyərləndirilir.Kreml ABŞ –ın bu regiondakı yerinə keçmək niyyətindədir”. Bu fikirlər Almaniyanın “Süddeutsche Zeitung” nəşrində yayımlanan məqalədə yer alıb.

Məqalədə daha sonra qeyd edilib: “Ənənəvi olaraq, ABŞ-ı dəstəkləyən Misir, İsrail və Türkiyə kimi dövlətlər də, artıq Moskvaya tərəf baxırlar. Səudiyyə Ərəbistanı kimi bu dövlətlərin də hər birinin Putin ilə yaxınlıq etməsinin öz xüsusi səbəbi var. On illiklər ərzində Moskva ilə səudiyəlilərin münasibəti xeyli gərgin olub. Səudiyəlilər Əfqanıstanda mücahidləri dəstəkləyirdi ki, bunun özü də, Sovet İttifaqının geosiyasi çöküşünə təkan vermişdi.

İndi Ər-Riyad OPEK kartelinin ən böyük neft hasilatçısı kimi, bu karteldən kənarda olan neft tədarükçüləri, həmçinin də Rusiya ilə müttəfiqlik əlaqələri saxlayır. Buradakı əsas məqsəd,hər iki ölkənin iqtisadiyyatına zərbə vuran neft qiymətlərinin düşməsinin qarşısını almaqdır.Yaranmış indiki alyansın başlıca niyyəti ABŞ-ın frekinq sənayəsinə qarşı birgə hərəkət etməkdir.

Səudiyyənin Moskvaya qarşı münasibətdə yeni praqmatik siyasət yürütməsində, Putinin Suriyaya hərbi müdaxiləsiniin təsiri ilə yanaşı, həmçinin də, İraqın, Liviyanın və Yəmənin aktiv regional siyasətlərinin də təzahürləri var.

Putin özünün ərəb dünyasını yaxşı bilən xarici işlər nazirinin və xüsusi xidmət orqanlarının köməyi ilə, Barak Obama zamanı ABŞ ordusunun regiondan çıxmasından sonra əmələ gəlmiş boş yerləri məharətlə tutdu. Onu da demək lazımdır ki, hələ prezident kiçik Corc Buş dönəmində Amerika Yaxın Şərqdə apardığı siyasət üzündən nüfuzunu itirirdi. Corc Buş Ər-Riyadın sözlərinə məhəl qoymadan yalan üzərində qurğulanmış ittihamlarla İraq müharibəsinə girişdi və regionu xaosa sürüklədi.

İndi kral Salman Obamanın ona vermədiyini Putindən alamağa ümid edir. O, İranın artan təsir imkanlarının qabağının kəsilməməsini istəyir. Çətin ki, bunu Donald Tramp edə bilsin. Səudiyylə Ərəbistanı İranını güclənməsinə mühüm bir təhlükə kimi baxır. Hərçənd ki,Tramp Tehranla imzalanmış və səudiyyləlilərin nifrətlə yanaşdığı nüvə müqaviləsini ləğv etmək barəsində düşünür. Amma çox çətin ki, bu İranın ambisiyasını azaltsın.

Əgər kimsə İranı ortadan sıxışdırıb çıxarmaq istəyirsə,onda o, Suriyadan başlamalıdır. Səudiyylilərin gurultulu bəlağıtlərinə baxmayaraq, onlar Bəşər Əsədin uzunmüddətli keçid dövründə hakimiyyətdə qalacağını etiraf etməyə hazırdırlar.

Onlar müxalifəti Moskvanın dəstəklədiyi rejimə yaxın qrupların köməyi ilə birləşdirməyə cəhd edir. Bu isə,BMT-nin çətiri altında aparılacaq keçid dövrünə gedən yolu açmalıdır ki, bunu da ümumi yekunda Moskva idarə edir.Bu xidmətin müqabilində Ər –Riyad tələb edir ki, İranın dəstəklədiyi on minlərlə cihadçı Suriyanı tərk etsin.

İsrailin baş naziri Benyamin Netanyahu da məhz buna nail olmaq istəyir.O son 18 ayda dörd dəfə Moskvaya səfər edib.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Suriyanın şimalında separat sülh yaranmsı ilə bağlı Moskvayla(Astanada) danışıqlar aparır. Suriyanın şimalındakı kürd YPG partiyasına ABŞ-ın hərbi yardımına dərindən hiddətlənmiş Türkiyə, NATO üzvü olmasına baxmayaraq, Putindən yeni zenit raket sistemləri alır.

Həmçinin Misir prezidenti Əbdel Fəttah əl Sisi də, Kremllə yaxşı münasibətlər sayəsində ABŞ-dan asılılığını azaltmaq fikrindədir.

Rusiyanın Yaxın Şərqdəkı işlərə daha çox cəlb olunması, Putinə problemlər yaradır.Belə ki, yeni və köhnə əməkdaşların münasibətlərindəki ziddiyətlər arasında tarazılıq tampaq lazımdır. Səudiyyə ilə yaxınlaşmadan sonra İranla əlaqələrin necə olcağı buna bir nümunədir. Bu halda əmələ gələcək ixtilaf və mübahisələr amerikanlara çox yaxşı tanışdır”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar