Polşa mundiala vəsiqəni təmin edib - DÇ-2018

Futbol üzrə Polşa yığma komandası DÇ-2018-in seçmə mərhələsinin matçında Monteneqro millisini məğlub edib.

APA-nın xəbərinə görə, Varşavada keçirilən matç oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “E” qrupunda birinci yeri tutan Polşa Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

Polşa - Monteneqro - 4:2

Qollar: 1:0 - Maçinski, 6, 2:0 - Qrositski, 16, 2:1 - Muqoşa, 78, 2:2 - Vukçeviç, 83, 3:2 - Levandovski, 85, 4:2 - Stoykoviç, 87 (аvtoqol)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar