Bu əsgərlər də xaricə göndərilir - Putin imzanı atdı

Rusiya Prezidenti Vladimir Putin ordudakı xarici ölkə vətəndaşlarının əsgərliyi ilə fərman imzalayıb.

Axar.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, xarici əsilli əsgərlər ölkədən kənardakı terror əməliyyatlarında iştirak edə biləcəklər.

Rusiya hökumətinin internet səhifəsində dərc olunan fərmana görə, xarici ölkə vətəndaşı olan əsgərlər Rusiya sərhədləri xaricində hərbi vəziyyət şəraitində, silahlı münaqişələr zamanı vəzifələrini yerinə yetirə və ölkələr arasında sülh və təhlükəsizliyi təmin etmək və terrorla mübarizə fəaliyyətində yer ala bilərlər.

Bu qərar Rusiya əsgərlərinə peşəkar xidmət üçün bir illik müqavilələr imzalamaq hüququ da tanıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar