“Türkiyə ABŞ-ın viza qərarından təəssüflənir” - Ərdoğan

Rəsmi Ankara ABŞ tərəfinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq qərarından təəssüf edir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirdi. Türkiyə hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eynilə cavab verib”, deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar