Pentaqon Britaniyadakı aviabazaya səsdən sürətli 2 bombardmançı «tullayıb»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə nazirliyi Böyük Britaniyadakı aviabazaya nüvə silahı daşıya bilən, səsdən iti sürətli iki B-1B Lancer strateji bombardmançı təyyarə göndərib.

Qərbin hərbi aviasiyanı izləyən saytlarına istinadla, xarici informasiya agentliklərinin verdiyi məlumata görə, göyərtə nömrəsi 86-01-01 və 86-01-05 olan təyyarələr Days aviabazasından (Texas ştatı) havaya qalxaraq, İngiltərənin Ferford aviabazasında yerə eniblər.

Təyyarələrin hansı tapşırıqları yerinə yetirəcəyi barədə heç bir məlumat yoxdur.

Bundan bir qədər əvvəl, senyabrda ABŞ Böyük Britaniyaya birdəfəyə 3 ədəd B-52H strateji bombardmançı təyyarə göndərmişdi. Həmin təyyarələr də nüvə silahı daşımaq qüdrətinə malikdirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar