Cəmil Həsənli ilə gənclərin görüşünə hücum təşkil edildi- Hakimiyyətin əsəbləri dözmədi- FOTOLAR

İcəri salınan təxribatçılar kücə uşaqları kimi qışqırib, gənclərə hücum ediblər

4xBu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənli paytaxtın Xətai rayonunda yerləşən Bakı kinoteatrında gənclərlə görüşüb. Hələ ğörüş balamamış hakimiyyətin narahatlığı özünü göstərib.

Polislər gənclərin içəri girməsini ləngidiblər. Həmçinin yaşlı insanlar görüşə buraxılmayıb. Kinoteatrın qarşısında yüzlərlə insan saat 18.00 radələrindən dayansa da, onlar içəri çox az sayda və gec-gec buraxılıb. Gənclərin üst-başı yoxlanılıb. Polislər bildirirlər ki, içəridə təxribat ola bilər və bu səbəbdən yaşlıları buraxmırlar. Görüş saat 18.30-da başlamalı olsa da, insanların vaxtında içəri buraxılmaması səbəbindən gecikib.

Vətəndaçların icəri girməsinin qarşısı alınsa da, təxribatçılara şərait yaradılıb. Belə ki, musavat.com-un məlumatına görə, hələ tədbir başlamazdan əvvəl zala təxribatçıalr doluşub. Bir neçə nəfər görüşə gələn gəncləri üstünə hücum etsə də, onlar zaldan çıxarılıb.

Daha sonra dövlət himninin səslənməsi ilə görüş başlayıb. Sumqayıtda görüçdə olan Cəmil Həsənli tədbirə qatıla bilməyib.

Tədbirdə çıxış edən AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı bildirib ki, Cəmil Həsənli gənclərin tələbi ilə seçilən namizəddir və o, gənclərin problemlərindən yaxşı xəbərdardır: "Biz Cəmil Həsənlinin yanındayıq".

Bu zaman zala yenidən təxribatçıları salıblar və onlar tərbiyəsiz kücə uşaqları kimi qışqırmağa başlayıblar. Bəziləri tədbiri pozmaq üçün müxtəlıf qeyri-adi səslər də çıxarıblar.

Görüşə gələnlər şüarlarla təxribatçılara etiraz ediblər. Təşkilatçılar polisə müraciət ediblər ki, təxribatçıları zaldan çıxarsınlar. Lakin polis buna məhəl qoymayıb. Ə.Qurbanlı da polislərdən təxribatçıları zaldan çıxarmağı istəsə də, polislər içəri girməyib. Mübahisə və arxa cərgələrdə səs-küy yaranb. Hadisələr zalda dava düşməsinə qədər inkişaf edib. Təxribatçılar dava salıb. Onlar ön cərgələrə qədər irəliləyərək görüşə gəlmiş gənclərin üstünə hücum çəkdilər.

Ə.Qurbanlı gəncləri təxribata uymamağa çağırıb. Bir müdət sonra zala daxil olan polislər təxribatçıları oradan çıxarıblar.

Gənclər davamlı olaraq "Cəmil bəy!", "Azadlıq!" və "İstefa" şüarları səsləndiriblər. Həmçinin səsgücləndirici vasitəsilə zala C.Həsənlinin teledebatda etdiyi çıxışlardan sitatlar səsləndrilib.

Bundan sonra AXCP Gənclər Komitəsindən İlham Hüseyn də çıxış edərək gəncləri C.Həsənliyə səs verməyə çağırıb.

İbrahim İbrahimli isə deyib ki, gənclər və ümumiyyətlə Azərbaycan xalqı oktyabrın 9-da xeyirlə şər arasında seçim edəcək.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə gənclərə C.Həsənlinin salamını çatdırdı və bildirdi ki, Sumqayıt görüşü səbəbindən prezidentliyə namizəd bu tədbirə qatıla bilməyib. O, hakimiyyətin korrupsiya siyasətini, həmçinin gənclər siyasətini pisləyərək bütün gəncliyi C.Həsənliyə səs verməyə çağırıb. Bununla da tədbir başa çatıb.

4x

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar