AŞPA-da AZƏRBAYCANLA BAĞLI 2 QƏTNAMƏ QƏBUL EDİLİB - Müzakirələr gərgin keçib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib.APA-nın Avropa müxbirinin xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib.

Daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

Azadlıq Radiosunun məlumatına görə, Azərbaycan nümayəndə heyyəti kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif ediblər. Amma Azərbaycan tərəfinin təklif etdiyi bu və ya digər düzəlişlərin heç biri qəbul olunmayıb və sonda"Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.  Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

APA xəbər verir ki Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamənin müzakirələri də gərgin keçib.

Bundan sonra AŞPA «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabatın müzakirəsinə başlanıb.

Azadlıq Radiosunun məlumatına görə,  müzakirələr zamanı hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub. Səməd Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar: "Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz".

Səməd Seyidov deyib ki, illərdir Azərbaycanda iislahatlar aparılır. Nəyə görə bu hesabatda heç bir islahat aparılmır yazılır?

"Ilqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamalardır". AŞPA-da bu hissənin də hesabatdan çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov isə bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirəcək. Amma böyük çoxluqla dəyişikliyin lehinə səs verilib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar