Sarkisyan prezidentlərin görüşündə yatdı – VİDEO

Dərc olunub: 11/10/2017 - 21:40

9a92b4ffe7b6a36e188d22e56ede83b0Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.

Prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.

Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.

Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib. /azvision.az


loading...


Fikrinizi bildirin