Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Məlumata görə, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı dayandırılması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar