Türkiyədə “Akkuyu” AES-in təməlqoyma mərasiminin vaxtı açıqlanıb

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində Türkiyə və Rusiya dövlət başçılarının iştirakı ilə keçiriləcək.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, Türkiyənin Atom Enerjisi üzrə Agentlyi AES-in təməlqoyma mərasiminin keçirilməsi üçün bütün imkanlardan istifadə edir: "2023-cü il oktyabrın 29-dək Türkiyənin yaranmasının 100-cü ildönümünədək stansiyanın tikintisi başa çatsa, çox yaxşı olardı”.

Qeyd edək ki, bu layihənin icraçısı Rusiyanın “Rosatom” şirkətidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar