Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 21-ə çatıb

Dərc olunub: 11/10/2017 - 23:28

78ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın “The Washington Post” –a istinadən verdiyi xəbərə görə, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.
“Bu ciddi, fəlakətli bir hadisədir”, deyə K.Pimlott qeyd edib.

Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib.


loading...


Fikrinizi bildirin