«Rusiya təcavüzkar kimi tanınsa...» - Turçinov

«AzPolitika.info»nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov dövlət məmurlarının Rusiyaya səfərlərinin məhdudlaşdırılması barədə qanun layihəsini şərh edib. Bildirib ki, Rusiya Ukraynada rəsmi olaraq «təcavüzkar ölkə» kimi tanınandan sonra, oraya yalnız casuslar və kəşfiyyatçılar gedə biləcəklər.

«Bu ölkə təcavüzkar kimi tanınandan sonra, oraya yalnız casuslar və kəşfiyyatçılar gelə biləcəklər Belədir, yoxsa yox? Əgər o, kəşfiyyatçıdırsa, biz onu oraya «ötürməyin» yolunu tapacağıq. Əgər o, casusdursa?.. Mən, hesab edirəm ki, təcavüzkar ölkə kimi tanınandan sonra (Rusiya - red.) oraya spesifik funkusiyalar icra edən insanlar gedə biləcəklər» - deyə, Turçinov Kiyevdə «Xüsusi texnika» sərgisində bildirib (İnterfaks-Ukrayna).

Barəsində söhbət gedən qanun layihəsi Ukrayna parlamentində bu ərəfədə qeydə alınıb. Qanun, «təcavüzkar ölkə» olaraq, Rusiyaya səfərlər üzərinə müvəqqəti qadağa qoyacaq.

Bu qanunun təşəbbüskarları onun tələblərini pozaların cərimələnməsini nəzərdə tuturlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar