Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır
Baxiş sayı:
Dərc olunub:
12/10/2017 - 09:31
Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.
Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.
Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur.
Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.