RUSİYA ERMƏNİSTAN ÜÇÜN MÜASİR SİLAHLAR ALIR - 100 milyonluq müqavilə

putin-sargsyan_army

Rusiya müasir silahlar almaq üçün Ermənistana 100 milyon dollar kredit verəcək

Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək.

APA-nın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar