«Avropa müharibədən qorxur...» - Savçenko

savcenko«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Ukrayna Ali Radasının fraksiyalardankənar deputatı Nadejda Savçenkonun fikrincə, Avropa Rusiyanı «təcavüzkar dövlət» kimi tanımır. Çünki «Avropa müharibəsi»ndən qorxur və radikal qərarlar qəbul etmək istəmir.

«Avropa deyir: Biz, Rusiyanı təcavüzkar adlandıra bilmərik, onu siz belə adlandırın. Yaxşı, biz adlandırdıq. Rusiyanın Birləşmiş Millətlər Təşkilatında (BMT) veto hüququnun alınması üçün lazımdır ki, dünya onu təcavüzkar adlandırsın. Bu, olacaqmı? Yox!» - deyə, Savçenko «NewsOne» portalına verdiyi müsahibədə bəyan edib.

Deputat hesab edir ki, Avropa İttifaqı (Aİ) Ukraynanın xatirinə Avropa ölkələri ilə risk etməyəcək.

Xatırladaq ki, ötən həftə Ali Rada ilk oxunuşda Donbas barədə prezidentin göndərdiyi qanun layihəsini qəbul edib.

Bu sənəd rəsmi olaraq, Rusiyanı «təcavüzkar dövlət» kimi tanıyır, «Rusiyanın işğalçı hakimiyyəti» anlayışını siyasi leksikona daxil edir və Ukraynaya imkan verir ki, «işğal olunmuş ərazilərə» qoşun yeritsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar