"Qalib Salahzadə sözünün üstündə durmayan şəxsdir" - Çingiz Qənizadə

"Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsini bu gün məhkəmədə geri götürəcək. Hələ ərizəni geri götürməmişik".

Bunu "Report"a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, iddia üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək: "Müvəkkilim Çingiz Qənizadə mənə dedi ki, bu gün gedib məhkəmədə ərizəni geri götürərsən. Mən də məhkəmə zamanı həmin ərizəni geri götürəcəm. Artıq məsələyə aydınlıq gətirildi. Müəyyən olundu ki, Qalib Salahzadənin dedikləri həqiqətə uyğun olmayan məlumatlardı. Qalib Salahzadənin özü də mətbuatda bunu etiraf ertdi. Buna görə də Çingiz müəllim bildiridi ki, Qalib Salahzadə qeyri-ciddi insandır, sözünün üstündə durmayan şəxsdir və ona qoşulmağı özünə rəva bilmir".

Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar