Gürcüstan prezidenti Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, belə bir bəyanatla dövlət başçısı Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edib.

O, beynəlxalq ictimaiyyəti Rusiyanın regionda, o cümlədən Gürcüstanda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb: “Gəlin, Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”.

G. Marqvelaşvili həmçinin qeyd edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiya prosesi davam edir: “Paralel olaraq biz demokratik prosesləri davam etdiririk. Gürcüstanın üzləşdiyi problemlərə baxmayaraq, ölkəmiz məsuliyyətli beynəlxalq oyunçu olaraq dünyada sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar