NAZİM İBRAHİMOVUN BACISI OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - Qəza

nazim3 gün əvvəl İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.

Lent.az xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bacısı oğlu olduğu ortaya çıxıb.

 Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmen İbrahim Nehrəmlinin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar