SOCAR-ın Türkiyədəki STAR zavodunun xərcləri artıb

SOCAR-ın Türkiyədə reallaşdırdığı iri layihələrdən biri olan STAR neft emalı zavoduna çəkilən xərclər artıb.

"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Turkey Energy A.Ş." şirkətinin rəhbəri Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, bu, zavodun layihələndirilməsində müəyyən texniki dəyişikliklərin edilməsi ilə bağlıdır: "Nəzərə alsaq ki, zavodun layihələndirilməsinə 2011-ci ildə başlanıb, o zaman bu layihə zavoda tədarük edəcəyimiz neft sortları əsasında qurulmuşdu. Artıq biz zavoda tədarük edəcəyimiz neft sortlarının çeşidlərinin genişləndirmişik. Bununla bağlı zavodun layihələndirilməsində kifayət qədər dəyişiklik edilib. Bunun üçün bizə irihəcmli çənlər lazım olacaq".

Z. Qəhrəmanov bildirib ki, daha əvvəl 5,4 mlrd. dollar olan layihənin dəyəri 6 mlrd. dollar təşkil edir: "Maliyyələşmənin bir hissəsini Dövlət Neft Fondu həyata keçirəcək. Qalan hissə ilə bağlı isə araşdırmalarımız davam edir".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev STAR neft emalı zavodunun nizamnamə kapitalının 1 mlrd. manat artırılması ilə bağlı sərəncam imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar