PREZİDENT YENİ NAZİR TƏYİN ETDİ - Pərviz  Şahbazov kimdir?

Azərbaycanın yeni energetika naziri təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, Pərviz Şahbazovla bağlı əlavə məlumat verilməyib.

"AzPolitika.info"nun məlumatına görə, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludur. O, ötən il həmin vəzifəyə təyin olunub.

Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boş qalmışdı Belə ki, Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif

Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılımışdı. Sonradan 7 il bu vəzifəyə yeni təyinat gerçəkləşdirilmədi.

Yalnız ötən il Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edildi.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident olanda da prezidentin işlər müdiri Oqtay Qəşəm oğlu Şahbazov olub.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ilin oktyabrda Oqtay Şahbazovun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Oqtay Şahbazov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Bu gün nazir təyin olunan Pərviz Şahbazov isə uzun illər diplomatik fəaliyyətlə məşğul olub. O, Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində işləyib.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. 2016-cı il sentyabrın 6-da səfir vəzifəsindən geri çağırılıb.

Ailəlidir, iki övladı var.

Bu gün nazir vəzifəsinə təyinat alan Pərviz Şahbazov  ingilis, alman və rus dillərini bilir.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar