FƏTH və HƏMAS arasında razılaşma əldə olunub

Dərc olunub: 12/10/2017 - 17:02

3bd80a3d-f817-435b-9e79-672bffd4c4fb_292Misirin paytaxtı Qahirədə Fələstinin FƏTH və HƏMAS təşkilatlarının liderləri arasında daxili barışa nail olmaq üçün keçirilən danışıqların birinci mərhələsi başa çatıb.
“Report” ərəb və İsrail KİV-inə istinadən xəbər verir ki, ilk mərhələdə milli birlik hökumətinin yaradılması, Qəzza zolağındakı məmurlar və güc strukturlarının əməkdaşlarına əməkhaqlarının verilməsi, habelə bölgəyə gündəlik tələbat mallarının tədürük edilməsi, sərhədə nəzarət kimi məsələlər müzakirə edilib.
Bundan başqa, FƏTH Qəzza zolağında ölüm hökmünün ləğv edilməsini istəyib. Qəzza bölgəsinə nəzarət edən HƏMAS-ın silahlı qolu sayılan “İzəddin əl-Kasama briqadası”nın fəaliyyəti ilə bağlı məsələ hələ müzakirə edilməyib.
Fələstin dövlətinin başçısı və FƏTH partiyasının lideri Mahmud Abbas danışıqlar nəticəsində Fələstinin parçalanmasının qarşısının alınmasına və HƏMAS-la yekun razılaşmaya nail olunduğunu açıqlayıb.
M.Abbas görüşü təşkil etdiyi üçün Misir hakimiyyətinə təşkkürünü bildirib.


loading...




Fikrinizi bildirin