Gədəbəy sakini müəmmalı şəkildə ölüb

Dərc olunub: 12/10/2017 - 19:19

tecili-yardimGədəbəy rayon sakini naməlum səbəbdən dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Slavyanka kənd sakini, 1988-ci il təvəllüdlü Cəlilov Malik Elbrus oğlu Gəncədə xəstəxanaya çatdırılan zaman vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil. Yaxınlarının bildirdiyinə görə, M. Cəlilov əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu oradan Gəncədəki tibb müəssisələrindən birinə çatdırmaq istəsələr də, yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin