Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar