İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

Dərc olunub: 12/10/2017 - 23:52

1311156743_israil-bayragiİsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.


loading...




Fikrinizi bildirin