Barselonada müstəqillik tərəfdarları və əleyhdarları arasında kütləvi dava

İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarları ilə İspaniyanın birliyini istəyənlər arasında gərginlik davam edir.“Qafqazinfo” xəbər verir ki, bu gün Barselonada əks düşüncəli iki tərəf arasında qarşıdurma olub.

Küçədə əllərinə keçəni bir-birinə atan qrupları sakitləşdirmək üçün əraziyə yüzlərlə polis cəlb edilib. Qarşıdurma zamanı ətrafdakı mağaza və restoranlara ziyan dəyib.

Qeyd edək ki, 1 oktyabrda referendum keçirən Kataloniya hökuməti, oktyabrın 10-da müstəqillik bəyannaməsini imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar