İraq hakimiyyəti Kürdüstan referendumunun təşkilatçılarını həbs edə bilər

iraq«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, İraqın Ali məhkəmə Şurasının sədri bəyan edib ki, Kürdüstanın müstəqilliyi barədə referendumun təşkilatçıları həbs olunacaqlar. İraq məhkəməsi bu barədə qərarı çərşənbə günü qəbul edib.

Qeyd olunduğu kimi, burada söhbət referendumun keçirilməsi üzrə ali müstəqil komissiyanın sədrindən və üzvlərindən gedir.

«Araşdırma üzrə məhkəmə Kürdüstanda referendumun təşkili ilə məşğul olan komissiyanın sədrinin və üzvlərinin həbs olunması barədə qərar çıxardıb» - deyə, «RİA Novosti» agentliyi bəyanatın mətnindən sitat gətirir.

Xatırladaq ki, İraq Kürdüstanının müstəqilliyi barədə referendum sentyabrın 25-də keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar