KXDR Krımı Rusiya ərazisi kimi tanıdığını bəyan edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Lemokratik Respublikası (KXDR) Krımı Rusiya Federasiyasının (RF) ərazisi kimi tanıdığını bəyan edib.

Rusiyanın Pxenyandakı səfirliyindən bildiriblər ki, KXDR Krımın Rusiyanın tərkibinə «daxil olması»nı legitim hesab edir.

Rusiyanın KXDR-ı diplomatik missiyasının «feysbuk»unda xəbər verilir ki, Pxenyanda dünyanın yeni siyasi atlası nəşr olunub və atlasda Krım yarımadası «Rusiya rəngi» ilə rənglənib.

Rusiyanın KXDR-ı səfirliyinin məlumatında deyilir: «KXDR-nın xarici işlər nazirliyində (XİN) bizə izah etdilər ki, Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması barədə keçirilmiş referendumun nəticələrinə hörmətlə yanaşırlar, onu legitim və beynəlxalq hüquq normalarına tam cavab verən prosedur hesab edirlər».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar