TARİX İNSTİTUTU TENDER İSTƏYİR! – Ekspertdən ağır İTTİHAMLAR 

etibar-eliyevEtibar Əliyev

"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil eksperti, fəlsəfə elmi üzrə fəlsəfə doktoru

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

Tarix İnstitutu Hafiz Hacıyevin bəyanatından sonra bəyanat verib. Yəqin ki, bu institutun Elmi Şurası həmin xəritəyə görə dərsliyin ləğv olunmasından xəbərdardır. Onda bu bəyanat nəyə lazımdır? Şəxsən mən hesab edirəm ki, Tarix İnstitutu bu bəyanatla məsələni yenidən gündəmə gətirməklə “erməni dəyirmanına” su səpib. Gülməyin, artıq olmayan dərslikdəki yanlışa hələ bir erməni də maraq göstərməyib, akademik müəssisə olan Tarix İnstitutu isə özü erməni dəyirmanı düzəldib, ora su tökənləri axtarır. Biz görmüşük ki, Elmi Şura elmi münasibət açıqlayar, bunlar isə hər şey bitəndən sonra siyasi bəyanat verirlər. Üstəlik, tender davası döyür, dərslikləri nəzarətə götürmək istəklərini gizlətmirlər.

Ortaya çıxan tarixşünaslığıq probleminin üstündən elə asan keçirlər ki?! Niyə indiyə qədər Momzenin, Rankenin, Droyzenin yazdığı əsərlər təhlil olunmayıb. Yaxud tarix elminin populyarlaşdırılması istiqamətində heç bir iş görülməyib? Tarix İnstitutunun əməkdaşları “Armeniya” məsələsini normal şəkildə araşdırsaydılar, yazılan dərsliklərdə, yaxud xəritədə qüsur, yaxud texniki səhv olmazdı.

Adı çəkilən dərslikdə verilən xəritədə “Armeniya”nın yer alması ucbatından həmin dərslik ləğv olunmaya da bilərdi. Sadəcə dərslik müəllifləri izah etməliydilər ki, bu “Armeniya” ermənilərin iddia etdiyi “Böyük Ermənistan” deyil. Amma buna qədər Tarix İnstitutunun bu barədə tədqiqatları olmalı idi.

Bu İnstitutun bəyanatında deyilir: “Qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhədləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armenia” sözüdür”.

Qaşınmayan yerdən də qan çıxarırlar. Əslində isə dərslikdə yol verilən yanlışlığa son qoyulub. Lakin Tarix İnstitutu birdən qəflət yuxusundan ayılıb ki, fürsət yaranıb, dərslik davası döymək lazımdır. Bəyanatdakı yorğan davası isə açıqca görünür. Tələb edirlər ki, tarix dərsliyini yalnız onların alimləri yaza bilər, yalnız onların rəyi ilə nəşr oluna bilər. Ortaya çoxlu suallar çıxır:

- Tarix dərslikləri yazılanda niyə təkcə sizdən rəy alınmalıdır?

- Elə bu qalmaqallı kitaba 28 səhifəlik rəyinizdə xəritə ilə bağlı nəsə qeyd olunmuşdumu?

- Niyə “tarix” deyəndə hər şey sizin nəzarətinizdə olmalıdır?

-Bəlkə universitetlərin tarix fakültələri eləməlidir bu işi?

Əvvəla, tender deyilən bir şey heç kimə xüsusi üstünlük verilməklə keçirilə bilməz, orada hamı bərabər olmalıdır. Elmi mötəbərliklə seçilsəydi, bu işi Pedaqoji universitetlərin tarix və pedaqoji fakültəsinə tapşırmaq daha yaxşı olardı. Amma bu iş həm də dövlət satınalmasıdır, onu yalnız tenderlə həyata keçirmək olar. Görünür, Tarix İnstitutunun rəhbərliyi dövlət büdcəsinin pulları üzərində faydasız oturmaqdan elə xoşallanıb ki, dərsliklərin nəşrinə ayrılan pula marağını da gizlətmir.

Bu bəyanatın ən biabırçı yeri odur ki, Tarix İnstitutu orta məktəb tarix müəllimlərinə həqarət edir. Deyir ki, onlar dərslik yaza bilməz. Onlar da sizlər oxuyan fakültələri bitirməyibmi? Sizləri tarix müəllimləri yetişdirməyibmi? Bu aşağılama nə üçündür? Halbuki, yeri olmasa da deməliyik, indiyə qədər Tarix İnstitutunun rəy verdiyi, yaxud bu qurumu təmsil edənlərin müəllif olduğu, tarix və “Ata yurdu” dərsliklərində çox səhvlər aşkarlanıb, bu da bir yarı mövzudur.

diltarix_aBəyanatdan açıq-aşkar görünür ki, dava dərslik pullarının davasıdır. Halbuki, siz dərsliyi niyə gözləyirsiniz? Hanı sizin buraxdığınız tarix kitabları, populyar ədəbiyyatlar, bülletenlər, media vasitələri, öyrədici filmlər və s. Orta məktəblər üçün tarix yazanlar əldə olan elmi və populyar ədəbiyyatlardan istifadə etməlidir. Sizi inandırım ki, Tarix İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti bəlkə də Teodor Momzenin adını bu qalmaqalda eşidiblər.

Bəyanatda sonra deyilir: “X sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şagirdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır” Bu institutun Elmi Şurasası Azərbaycan dilində olan dərsliyi də kölgə altına salmaqla öz dərsliklərinin keçməsinə ümid bəsləyirlər.

P.S. Tarix İnstitutu bəyanatını yeni nisbilik nəzəriyyəsinin banisi Sərdar Cəlaloğlunun çıxışı ilə eyni gündə verib. Cəlaloğlu çıxışı da ermənipərəst mahiyyət daşıyır. “Ermənilər bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər”-deyir. Görəsən Sərdar bəy bunları hardan bilir?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar