95 min dolların ölkədən qanunsuz aparılmasına cəhdin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.

Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı vətəndaşın çemodanının icərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95.000 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar