Ağdamın Dördyol qəsəbəsinə içməli su xətti çəkildi - FOTO

Dərc olunub: 13/10/2017 - 11:05

JTI şirkəti Azərbaycanda səkkizinci su təchizatı layihəsini həyata keçirib

03“Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Sayca səkkizinci olan layihə Ağdam rayonunun Dördyol qəsəbəsində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev və MQF-nin Prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin cəbhəyanı bölgə olan Ağdam rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 5000-ə yaxın olan Dördyol qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı və Səlyan rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25 000-dən çox vətəndaş təmiz içməli su ilə təmin edilib.

010204


loading...




Fikrinizi bildirin