Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb.

Trend-in məlumatına görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək.

Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək.

Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil.

Qeyd edək ki, yolun çəkiləcəyi dağlıq ərazi çox çətin keçilən ərazidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar